Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanla Serbiya arasında əməkdaşlığı genişləndirmək üçün böyük potensial var

0

  • Azərbaycan dövləti bu
    gün qonşu dövlətlərlə yanaşı, bütün qitələrdə yerləşən dövlətlərlə dostluq və  ticarət əlaqələri qurubdur. Bu ikitərəfli əlaqələr
    dövlətimizin tanınmasına və inkişafına töhfə verir. Cənab Prezidentimizin rəhbərliyi
    ilə Azərbaycanın xarici ticarət əlaqələri uğurla inkişaf edir. 

    Azərbaycanla iqtisadi əlaqələri
    inkişaf etdirmək istəyən Avropa ölkəsindən biri də Serbiyadır. Azərbaycala
    Serbiya arasında iqtisadi münasibətlər siyasi əlaqələrə söykənir. Diplomatik əlaqələrimiz
    25 illik tarixə malikdir. Ancaq iqtisadi əlaqələrimiz son zamanlar daha da
    intensivləşibdir. Statistika göstərir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında
    Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında
    ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10
    milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. 2021-ci ilin müvafiq
    dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət
    dövriyyəsi 27,51 faiz artıb.

    Xəbər verildiyi kimi,
    dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya
    Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.
    Bəyanatda Azərbaycan və Serbiya arasında dostluq münasibətlərindən, həmçinin hər
    iki ölkə arasında ticarət əlaqələrindən söhbət açılıb.

    Azərbaycan
    Respublikasının Prezidenti İlham Əliyev bəyənatla çıxışında bildirmişdir ki,
    belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi
    dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün
    sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində. Əminəm ki, əldə
    edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki,
    o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial
    var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat
    dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim
    müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq
    yaranıbdır.

    Qeyd edək ki, Serbiya
    Azərbaycanı Qarabağ məsələsində həmişə dəstəkləmişdir. Serblər bu dəstəyi Vətən
    müharibəsində nümayiş etdirdilər. Serbiyanın Azərbaycanın dəstəkləmisinin səbəblərindən
    biri onların da seperatizimdən əziyyət çəkməsi və bizim kimi ikili
    standartlarla qarşılaşmasıdır. Azərbaycan da öz növbəsində Serbiyanın
    suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan da öz növbəsində
    Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu səbəbdən
    Kosovanın müstəqilliyini tanımır və beynəlxalq müstəvidə Serbiyanın tərəfdaşıdır.

    İndi Azərbaycan-Serbiya
    əlaqələrində yeni mərhələnin başlandığını görürük. Bu əlaqələr təbii ki, hər
    iki dövlətin iqtisadiyyatının güclənməsinə böyük zəmin yaradır. Ölkələrimiz
    arasında energetika və qaz ixracı ilə bağlı artıq razılaşmalar imzalanıb. Azərbaycanın
    elektrik enerjisinin Avropaya çatdırılması üçün Qara dənizin dibi ilə kabel çəkilməsi
    üzrə razılaşma imzalanıb. Avropanın enerji təhlükəsizliyində rolunu artıran Azərbaycan
    öz qüdrəti, iqtisadi-siyasi gücü ilə bizim qürurumuzu daha artırır.

    Akif Rüstəmov,

    Xocalı rayon Əli Kərim adına

     Başkənd kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaMüharibə
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib83 dəfə
    Azərbaycanla Serbiya arasında əməkdaşlığı genişləndirmək üçün böyük potensial var

    Maraqlı gələ bilər
    53
    48
    47
    74
    79
    57